hemle

Ev almaq istəyənlərin nəzərinə! - Bu ərazilərdə qiymətlər bahalaşacaq

Tarix:12-12-2024, 08:15
Baxış Sayı:441



Bakının Baş planına əsasən, şəhərin müxtəlif ərazilərində sosial infrastruktur genişləndirilir, əsaslı tikinti və abadlaşdırma işləri aparılır. Davam edən proseslər və görüləcək işlərin fonunda əhalini maraqlandıran əsas məsələlərdən biri də daşınmaz əmlak qiymətləridir.

Əmlak eksperti Ramil Osmanlı deyir ki, ev və mənzillərin dəyərinə təsir göstərən əsas amillər onun yerləşdiyi ərazi, ictimai funksionallığı, sosial infrastruktura yaxınlığıdır. Ekspert deyir ki, zamanla fərdi avtomobillərlə müqayisədə ictimai nəqliyyatdan, xüsusilə metrodan daha kütləvi formada istifadəni müşahidə etmək mümkün olacaq. "Bakı Metropoliteni"nin 4 stansiyası istismarda olan Bənövşəyi xəttinin perspektiv inkişaf planına uyğun olaraq 6-sı keçid olmaqla, 10 yeni stansiyanın inşası nəzərdə tutulur.

Gələcək layihələrin icrasında "Dərnəgül" stansiyasından sonra 3 stansiyanın "Koroğlu"ya birləşdirilməsi, "Xətai" stansiyasından sonra "Həzi Aslanov"a kimi 4 stansiyanın tikilməsi planlaşdırılır. "İçərişəhər" stansiyasından sonra isə iki stansiyanın inşası nəzərdə tutulub.

Bakının Baş Planında həmçinin nəzərdə tutulur ki, gələcəkdə metro ilə bağlı dairəvi xətlər yaradılsın. Yaşıl xətt üzrə qatarlar "Koroğlu"dan keçməklə Bakıxanov, Qaraçuxur, Yeni Günəşli qəsəbələrini əhatə etsin və "Həzi Aslanov-2" stansiyasına birləşdirilsin. Belə ki, sözügedən ərazilərdə də daşınmaz əmlak qiymətlərinin müəyyən qədər artacağı proqnozlaşdırılır.

Digər xəbərlər
23:35 İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
23:35 Emin Əmrullayevdən kurikulumlarla bağlı YENİ QƏRAR
23:34 Pezeşkian: "İran ABŞ ilə nüvə sazişi bağlamağa hazırdır"
23:33 Paşinyan Azərbaycana barter təklif edir
23:32 Rahim Novruzova yüksək vəzifə verildi
23:31 Sabunçu Rayon İcra Hakimiyyətində təyinat
23:30 16 milyon dollar sərvəti kimə qalacaq?
23:30 Sabah bu ərazilərdə işıq olmayacaq