hemle

Metronun bu stansiyaları ilə bağlı MÜHÜM AÇIQLAMA

Tarix:27-12-2022, 08:20
Baxış Sayı:135

“Bakı Metropoliteni” QSC-nin Bənövşəyi xəttindəki stansiyaların ətrafında yol-nəqliyyat infrastrukturunda əlavə tənzimləmə, optimallaşma aparıla bilər.
Bunu metronun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
O qeyd edib ki, yeni açılmış “Xocəsən” stansiyası ilə bağlı monitorinqlər aparılıb:
“Monitorinqlər göstərdi ki, proqnozlar özünü doğruldur. Stansiyanın birinci mərhələdə istifadəyə verilməsi doğru planlamadır və ona tələbat olacaq. Ən əsası, bu istiqamətdə yol-nəqliyyat infrastrukturunda əlavə tənzimləməyə də ehtiyac yaranacaq. Bu isə yaxın gələcəyin işi olacaq. Tək “Xocəsən” deyil, “Bənövşəyi xətt” üzrə stansiyaların ətrafında bunu etməklə optimallaşma aparıla bilər. Bunun üçün xəttin stansiyalarında da sorğularımız, monitorinqlərimiz, təhlillərimiz olacaq. Elə bu gün bir neçə təklif-təşəbbüs də eşitdik. Ən əsası, paytaxtın bir istiqaməti də ən sürətli nəqliyyata calandı”.
Xatırladaq ki, dekabrın 23-də Prezident İlham Əliyev metronun 27-ci stansiyası olan “Xocəsən”in və eyni adlı deponun açılışını edib.

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq