hemle

“Müdafiə Nazirliyi özünü elə apardı ki, elə bil Şuşa bizim torpağımız deyil” - DEPUTAT

Tarix:31-05-2020, 20:01
Baxış Sayı:514

"Dünən Müdafiə naziri Zakir Həsənovun jurnalistlərlə brifinqinə diqqətlə qulaq asıdım. Ona Şuşadakı inaqurasiya ilə bağlı sual verdilər. Düzdür, Zakir Həsənov da Baş Qərargah rəisi Nəcməddim Sadıqov kimi Azərbaycan dilində danışa bilmir, bu, bizim bəlamızdır ki, böyük vəzifədə olanlar öz dilimizdə danışa bilmirlər”.

Bunu Milli Məclisdə çıxışı zamanı deputat Vahid Əhmədov deyib. V.Əhmədov bildirib ki, Zakir Həsənovun bununla bağlı təklifləri olmalı idi:

"Belə bir təcrübə olmuşdu, Serj Sarkisyan Xocalı aeroportunun açılışına gəlmək istəyirdi, amma Azərbaycan tərəfi buna imkan vermədi. Amma bu dəfə Müdafiə Nazirliyi özünü elə apardı ki, elə bil Şuşa bizim torpaqlarımız deyil, elə Paşinyan gəlib orda oynamalıdır”.

Deputat Siyavuş Novruzov isə Vahid Əhmədova cavab olaraq bildirib ki, Zakir Həsənovun Ali Baş komandana hansısa təklif verib vermədiyini deputalar bilmir.

Digər xəbərlər
14:10 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
13:37 Zəngəzur, Dərələyəz və... - Yeni ərazilərin qaytarılmasına hazırlıq gedir
13:17 Bir tərəfdə leysan, bir tərəfdən də onlar yerə çatdı: Bu tarixə qədər davam edəcək
12:36 Qar, yağış, şaxta... - FAKTİKİ HAVA
11:45 SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək
10:24 SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək
09:44 Dəmir yolunda qatarlar buna görə gecikir - Səbəbi AÇIQLANDI
09:40 Bu yollarda hərəkətə məhdudiyyət qoyuldu