www.Fedai.az
Dövlət Təhlükəsizliyi Xidmətindən alınan son məlumata görə, Gürcüstanın Kvemo Kartli və Kaxeti bölgələrində gürcülər və azərbaycanlılar arasında etnik qarşıdurma yaratmağa çalışan insanlar və bir qrup vətəndaşlar var, -deyə tv.ge yazıb.
Dövlət Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, bu insanlar Kvemo Kartli və Kaxeti bölgələrində yaranan bəzi məsələlərdən etnik nifrət oyatmaq üçün istifadə etməyə çalışırlar.
«Bir qrup şəxs, hər iki tərəfdə milli şərəf və ləyaqəti təhqir edən ifadələr və hərəkətlərə səbəb olan yanlış və təcavüzkar müraciətlər yaymaqla Gürcüstan və Azərbaycan əsilli Gürcüstan vətəndaşları arasında parçalanma yaratmağa çalışırlar. Bu qrup insanlar ümid edirlər ki, etnik nifrət oyandırmaqla etnik zəmində insan haqlarının pozulmasına səbəb olacaqlar.
Öz açıqlamalarında və ideologiyalarında bu qrup, vəziyyəti etnik gürcü əhalisinin, güya Gürcüstan vətəndaşları olan etnik azlıqlara qarşı öz üstünlüklərindən istifadə etməsi vəziyyətini təqdim edir ki, bu da milli qarşıdurmaya səbəb olma riskini daha da artırır » DTX dedi.
Eyni zamanda agentlik bildirir ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Dövlət Təhlükəsizliyi İdarəsi irqi ayrıseçkiliklə bağlı istintaq aparır.
Qeyd edək ki, əvvəllər də sosial şəbəkədə müxtəlif qruplarda təxribatçılar azərbaycanlılar və gürcülər arasında etnik qarşıdurma yaratmağa çalışırdılar. Azərbaycanlıların və gürcülərin adlarına yaradılan saxta profillərdən, virtual məkanda onları bir-birlərinə qarşı qoymaq üçün, hər iki xalqın nümayəndələrinə ünvanlanan təhqiramiz məzmunlu yazı və şərhlər yayımlayıblar. Bu təxribatçılar etnik qarşıdurmanı qızışdırmaq məqsədi güdürdülər. Bunun üçün azərbaycanlılarla gürcülər arasında müxtəlif səbəblərdən yaranan bəzi fikir ayrılıqlarından istifadə ediblər. Polemika zamanı təxribatçılar öz çirkin məqsədləri üçün Azərbaycan-Gürcüstan sərhədinin hərbiləşdirilməmiş hissəsində yerləşən David Gareji Alban monastırı ətrafındakı azərbaycanlılarla gürcülər arasındakı fərqli fikirlərdən istifadə etməyə çalışıblar.
Şəbəkə monitorinqi və bu saxta hesabların mənşəyini təhlil etdikdən sonra məlum oldu ki, onların çoxu Ermənistan ərazisindən qoşulan erməni istifadəçiləridir və ya separatizmin açıqca Gürcüstan əleyhinə gücləndiyi Gürcüstanın ermənilər məskunlaşmış ərazilərinin sakinləridir.
Bu təxribatçıları şəbəkəyə qoşulduğu İP ünvanlarını təyin etməklə tapmaq mümkün oldu.
P.S. Biz hələ də ermənilərdən ibarət 30 minlik gəlin eskadreliyamız və onların yetirmələrinin vəzifələrdə artan boyları ilə fəxr etməkdəyik…