hemle

ÜST-dən bu ölkəyə çağırış: məlumatları paylaşın!

Tarix:1-01-2025, 17:15
Baxış Sayı:447

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-un meydana çıxmasından beş il sonra bu xəstəliklə mübarizənin və onun öyrənilməsi istiqamətində davam edən səylərin nəticələrini açıqlayıb.

ÜST xatırladıb ki, 2019-cu il dekabrın 31-də Çin Ölkə Ofisi Uhan Bələdiyyə Səhiyyə Komissiyasının saytında şəhərdə "virus pnevmoniyası" halları ilə bağlı mətbuata açıqlama aşkarlayıb.

"Növbəti həftələr, aylar və illərdə COVID-19 həyatımızı və dünyamızı dəyişdi", - BMT agentliyi bildirib.

Dünya üzrə SARS-CoV-2 virusunun səbəb olduğu 777 074 803 yoluxma və yeddi milyondan çox ölüm halı təsdiqlənib. "COVID-19-un mənşəyini öyrənə bilməyimiz üçün Çini məlumatları paylaşmağa və onlara çıxışı təmin etməyə çağırmağa davam edirik", - ÜST bəyan edib.

"Bu, mənəvi və elmi imperativdir. Ölkələr arasında şəffaflıq, məlumat mübadiləsi və əməkdaşlıq olmadan dünya gələcək epidemiya və pandemiyaların qarşısını adekvat şəkildə ala və onlara hazırlaşa bilməz", - bəyanatda deyilir.

Digər xəbərlər
10:16 Rusiyaya PUA hücumu: hava limanı bağlandı, təyyarələr eniş edə bilmir - TƏCİLİ
10:15 Ukrayna ilə Rusiya arasındakı müharibə bu il bitə bilər
10:12 Bu tarixdə insanlar yox ola bilər - Alimlərdən qorxulu proqnozlar
10:09 Yanvarın bu günlərində diqqətli olun! - XƏBƏRDARLIQ
09:56 Bu şəhərdə ictimai nəqliyyatdan istifadə pulsuz oldu
09:51 Ali məktəblərə keçid ballarında dəyişikliklər: Bu il nələr gözlənilir?
09:46 Alimlər insanlarda yeni qan qrupu ortaya çıxardılar
09:42 Səhər yeməyindən imtina etməyin təhlükələri nələrdir? - Rusiyalı həkimdən tövsiyə