hemle

Rusiyaya PUA hücumu: hava limanı bağlandı, təyyarələr eniş edə bilmir - TƏCİLİ

Tarix:4-01-2025, 10:16
Baxış Sayı:493

Sankt-Peterburqun Pulkova Hava Limanı sutka ərzində ikinci dəfə uçuşların qəbuluna məhdudiyyətlər tətbiq edib.

Bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti məlumat yayıb.

“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün bu gün Moskva vaxtı ilə saat 07:45-dən etibarən Sankt-Peterburqun Pulkovo hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - məlumatda deyilir.

Mətbuat xidməti bildirir ki, aviadispetçerlər və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün tədbirlər görür.

“Shot Telegram” kanalının məlumatına görə isə, hazırda eniş yolunda olan altı təyyarə Ladoqa gölü ərazisindəki gözləmə zonasındadır. Onların arasında Çerepovets, Tümen, Çelyabinsk, Samara, Novosibirsk və Permdən uçuşlar var. İlkin məlumatlara görə, məhdudiyyətlər pilotsuz uçuş aparatlarının hücum təhlükəsi ilə əlaqədar tətbiq edilib.

Bundan əvvəl yanvarın 4-də Sankt-Peterburqun Pulkovo hava limanında məhdudiyyətlərin qoyulduğu bildirilmişdi. Sərnişinlər hava limanından uça bilməyiblər. Həmçinin gecə, hava hücumundan müdafiə sistemi Luqa körfəzində bir pilotsuz təyyarəni vurub. Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko hadisə nəticəsində tələfat və dağıntıların olmadığını qeyd edib.

Digər xəbərlər
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu
16:16 Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!
16:11 Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları