hemle

Makron Fransa tarixində vaxtından əvvəl vəzifəsini tərk edən ilk prezident ola bilər

Tarix:Dünən, 14:24
Baxış Sayı:441

Emmanuel Makron müasir Fransa tarixində prezidentlik müddəti başa çatmadan vəzifəsini tərk edən ilk prezident ola bilər.

Bu fikri Rusiya Federasiya Şurasının informasiya siyasəti komissiyasının sədri Aleksey Puşkov özünün "Telegram" kanalında bildirib.

Senatorun sözlərinə görə, ölkə daxilindəki vəziyyət Makron üçün o qədər əlverişsizdir ki, dövlət başçısının vaxtından əvvəl istefaya getmə ehtimalı günbəgün artır.

"Ölkə daxilində işləri o qədər də yaxşı getməyən Makron, müasir Fransanın prezident postunu vaxtından əvvəl tərk edəcək ilk prezidenti ola bilər", - deyə senator yazıb.

O, həmçinin əlavə edib ki, Fransanın hazırkı baş naziri Fransua Bayru da etibardan və nüfuzdan düşmüş kadrlardan yeni hökumət formalaşdırmaqla məşğul olduğu üçün yaxın zamanda istefa verə bilər.

Qeyd edək ki, Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo hökumətin yeni tərkibini "rüsvayçılıq" adlandırıb. Təslim Olmayan Fransa Partiyasının lideri Jan-Lük Melanşon isə müxalifətin Bayrunu gələn ilin fevralında istefaya göndərməyi planlaşdırdığını proqnozlaşdırıb.

Xatırladaq ki, dekabr ayının əvvəlində Makron parlamentin etimadsızlıq votumundan sonra əvvəlki hökumətin istefasını qəbul edib. Daha sonra hökumətin yeni tərkibi təsdiq edilib, məlum olub ki, məmurların bir qismi öz vəzifələrində qalıb.

Digər xəbərlər
09:56 Qazaxıstan istintaqla bağlı açıqlama yaydı: Rusiya bu məlumatı...
09:54 Bakı tələb edir: Rusiya təyyarəni vurduğunu etiraf etməlidir
09:50 Pensiya və maaş artımları bu tarixdən veriləcək
09:44 COVID-19-un daha bir qorxunc fəsadı üzə çıxdı
09:40 Xoş təsirli acı şokolad: Xərçəngə qarşı yeni silah
09:33 Bu ölkədə quş qripi mutasiyaya uğradı - İLK YOLUXMA
09:27 2024-cü ildə İranda neçə nəfər edam edilib? - DƏHŞƏTLİ STATİSTİKA
09:24 Rusiya və Azərbaycan aviaqəzanın kriminalistik ekspertizasına buraxılmayacaq