hemle

AZƏRBAYCANDA TURİZM MÖVSÜMÜ NƏ VAXT AÇILACAQ?

Tarix:30-05-2020, 12:20
Baxış Sayı:830

“Biz ölkəyə kütləvi turist axını gözləmirik. İnsanların kənd turizmi və digər bu kimi seçimlər etməsini gözləyirik”.

ONN media xəbər verir ki, bunu ATV-nin efirində Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, ölkədə elan edilən xüsusi karantin rejimi bitdiyi günün sabahı Azərbaycanda yeni turizm mövsümü açıq elan ediləcək: “Amma dövlət insanlara xidmət göstərən turizm obyektlərində qiymətlərin formalaşmasına müdaxilə etmir. Biz tövsiyə vermişik ki, qiymətlər baha olmasın. Hazırda koronavirusla bağlı dünyada böhran var. Təbii ki, əhalinin gəlirləri azalıb. Bunu nəzərə alaraq, tələbat yüksək olacaq. Amma tələbatın arxasında büdcə də durmalıdır”.

“Bu təklif-tələb məsələlərini bazar iqtisadiyyatı özü tənzimləyəcək ki, hər kəs öz büdcəsinə uyğun olaraq səyahətini təmin edə bilsin.

Bir çox hotellər endirim kampaniyalarına başlayıb, təkliflərini təqdim edirlər”, – o qeyd edib

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
22:06 Bakı ilə saziş imzalanmalı, ATƏT-in Minsk Qrupu buraxılmalıdır - Rəsmi İrəvan
22:05 Robotlar sınaqdan keçdi: Onlar indi insanlar qədər ağıllıdırlar
22:04 Yeni müharibəyə hazırlaşırlar: prosesə bu üç ölkə rəhbərlik edir
22:03 Ceyhun Bayrmaov Yvan Gillə görüşdü
22:03 Sağlamlıq Gecə yemək yeyənlərin diqqətinə: bu xəstəliyə tutula bilərsiniz
22:02 Ceyhun Bayramov venesuelalı həmkarı ilə müzakirələr apardı
22:01 Azərbaycanda zəlzələ oldu
11:07 Parkinson xəstəliyi ilə bağlı vacib məqam