hemle

Milli Qəhrəman Yuri Kovalyovun doğum günüdür

Tarix:30-05-2020, 12:06
Baxış Sayı:709

www.Fedai.az
Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Yuri Kovalyovun doğum günüdür.

Bu barədə AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov məlumat verib.

Yuri Petroviç Kovalyov 29 may 1965-ci ildə Göyçay rayonunda anadan olub.

O, 1990-cı ildə Daxili İşlər Nazirliyinin tabeliyindəki xüsusi polis bölmələrinin sıralarına qoşulub və tez-tez Qarabağa ezamiyyətə gedib. Qəhrəmanlığı və cəsarəti sayəsində qısa müddətdə Kovalyov əfsanəyə çevrilib və ermənilər onun başı üçün mükafat təyin ediblər.

Yuri və silahdaşları ən qanlı döyüşlərdə vuruşublar, Çaykənd və ən çətin tapşırıqları yerinə yetiriblər.

Yuri 26 yaşında 1991-ci il oktyabrın 3-də Xocavənd bölgəsində erməni işğalçıları ilə döyüşdə snayper gülləsinə tuş gəlib. Şəhidin iki qız övladı qalıb.

Azərbaycan Respublikası Prezidentinin 5 iyun 1992-ci il tarixli sərəncamı ilə Yuri Kovalyov ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb.

Mərasimdə şəhid Yuri Kovalyovun yaxınları, qızları Regina, Yuliya Kovalyovalar, Azərbaycanda Rus icmasının sədri Mixail Zabelin, qardaşıVitali Kovalyov və döyüş dostları iştirak edirdilər. Şəhidin məzarı üstünə dualar oxundu, qərənfillər qoyuldu.

Allah rəhmət eləsin!

Elnur Səlim

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı