hemle

Ev almaq istəyənlərin NƏZƏRİNƏ: Ucuz mənzil satılan ərazilərin SİYAHISI - QİYMƏTLƏR

Tarix:20-12-2024, 10:44
Baxış Sayı:457



Azərbaycanda evlərin bahalaşması davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə 2024-cü ilin yanvar-sentyabr aylarında ölkədə mənzillərin qiyməti əvvəlki ilin eyni dövrünə nisbətən doqquz faizdən çox artıb.

Bəs belə olan halda Bakı şəhərində ucuz evləri haradan almaq olar? Əmlakçı Vüqar İsmayılov bu suala belə cavab verib:

"Sabunçu, Suraxanı, Abşeron, Qobu, Hökməli - bu ərazilərdə 50 min civarında evlər tapmaq mümkündür. Abşeron rayonunda, Saray qəsəbəsində şəhər mərkəzinə nisbətən daha ucuz bina evləri tapmaq olar. Bakı ətrafında ikiotaqlı evlərin qiyməti 100-120 min civarındadırsa, sözügedən ərazilərdə 80-90 mindir".

Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev isə deyir ki, paytaxt və ona yaxın ərazilərdə daha aşağı qiymətə ev almaq mümkündür. Lakin həmin evlərin böyük bir hissəsinin çıxarışı yoxdur:

"Onların satış qiymətləri minimum 20 min manatdan başlayır, 50-60 min manat arasında dəyişir. Bu tip ərazilər daha çox Abşeron, Masazır, Xırdalan və Bakı kəndlərində yerləşir ki, oradan mənzil alan şəxslərin böyük hissəsi bölgələrdən gələn, paytaxt ərazisində evləri söküntüyə düşən insanlardır. Həmin əmlakların satış qiymətləri ucuz olsa da, onların böyük hissəsində çıxarışların olmaması səbəbindən sözügedən evlərin kreditli şərtlərlə satılması mümkün deyil".

Digər xəbərlər
22:37 Sabah Ərdoğan dünyaya mesaj verəcək
22:20 Qışa təslim oldu - Bakını buz kimi günlər gözləyir?
13:58 Əhaliyə xəbərdarlıq: pik həddə olacaq
13:55 Xocalıda minaya düşən şəxsin vəziyyəti açıqlandı
13:52 Sabah 24 dərəcə şaxta olacaq
11:07 Omeqa-3 bu xəstəliklərdən QORUYUR
11:06 Bu ölkədə insanlar 840 dildə DANIŞIR
10:54 Bakının bu hissəsində evlər ucuzlaşacaq