hemle

"Azəriqaz" İB-nin baş direktoru ilin sonuncu vətəndaş qəbulunu Gəncə şəhərində keçirdi

Tarix:19-12-2024, 22:15
Baxış Sayı:526









SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Gəncə şəhərinin vətəndaşları ilə görüşüb. Vətəndaş qəbulunda Gəncə şəhəri ilə yanaşı, Samux, Şəmkir, Tovuz, Ucar və Xaçmaz rayonlarından olmaqla ümumilikdə 45 nəfərin qaz təchizatı ilə bağlı problemləri dinlənilib. Qəbulda əsasən fərdi qazlaşma, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi, qaz xəttinin yerinin dəyişdirilməsi, habelə işə qəbulla bağlı müraciətlər ünvanlanıb. Birlik rəhbəri hər bir müraciətin həlli yolu barədə sakinlərə ətraflı izahatlar verib. Bir sıra məsələlərin yerində baxılaraq araşdırılması üçün Gəncə Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.

Digər xəbərlər
10:10 Bu ödənişləri gecikdirsəniz də, adınız “qara siyahı”ya düşməyəcək
09:59 "Qiyamət günü" YAXINLAŞIR - 2 ölkə xəritədən silinəcək, digər 2-si isə...
09:54 Zelenskinin ofisi RAZILIQ VERDİ - Bu ölkədə atəşkəs danışıqları baş tutacaq
09:47 Stresslə mübarizə üçün yeni metod hazırlandı
09:43 Daha 55 ailə Sarıcalı və Ballıcaya yola salındı
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu
16:16 Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!