hemle

Super bakteriyanın "yürüşü": Alimlər antibiotikləri qəbul etməyən yeni vəba ştamı aşkarlayıblar

Tarix:Bu gün, 08:17
Baxış Sayı:444



Alimlər 10 müxtəlif antibiotikə qarşı davamlılıq göstərən vəba ştamı müəyyən ediblər.

Bu barədə Paster İnstitutunun Vibrion və Vəba üzrə Milli İstinad Mərkəzinin alimləri məlumat yayıblar. Tədqiqatların nəticələri "New England Journal of Medicine' (NEJM) jurnalında dərc edilib.

Məlumata görə, "Vibrio cholerae" adlanan təhlükəli ştam ilk dəfə 2018-2019-cu illərdə Yəməndə baş verən vəba epidemiyası zamanı aşkarlanıb. Bakterial genomların sekvensləşdirilməsi metodu tədqiqatçılara ştamın ölkələr arasındakı yolunu və yayılmasını dəqiq izləmək imkanı verib.

Yəməndən sonra bu ştam 2022-ci ildə Livanda, 2023-cü ildə isə Keniyada qeydə alınıb. 2024-cü ilə qədər ştam Tanzaniya, Komor adaları və Fransanın Mayotta adasına da yayılıb. 2024-cü ilin mart ayından iyul ayına qədər Mayotta adasında bu ştamın səbəb olduğu 221 vəba hadisəsi qeydə alınıb.

Xüsusi narahatlıq doğuran məqam odur ki, bu ştam vəbanın müalicəsində istifadə olunan iki əsas antibiotik - azitromisin və siprofloksasinə qarşı davamlılıq nümayiş etdirir. Əgər o, tetrasiklinə qarşı da davamlılıq qazanarsa, xəstəliyin effektiv müalicəsi əhəmiyyətli dərəcədə çətinləşəcək.

Ekspertlər vəba törədicilərinin antibiotiklərə qarşı davamlılığında baş verən dəyişikliklərin vaxtında aşkarlanması üçün gücləndirilmiş qlobal monitorinqin vacibliyini vurğulayıblar. Onların fikrincə, bu təhdidlərə operativ reaksiya vermək və genişmiqyaslı epidemiyaların qarşısını almaq mümkündür.

Digər xəbərlər
08:48 Bakının iki rayonunun bəzi hissələri QAZSIZ QALACAQ
08:37 Bu 3 əlamət bədəndə xərçəngin yarandığının əlamətidir
08:32 Sosial media asılılığının beyinə təsiri - DƏHŞƏTLİ FAKTLAR
08:24 Parkinson xəstəliyi beynin emosional reaksiyaları ilə aşkarlanacaq
08:20 Azərbaycan BMT-də neonasizmə qarşı mübarizəyə dair qətnaməni dəstəkləyib
08:17 Super bakteriyanın "yürüşü": Alimlər antibiotikləri qəbul etməyən yeni vəba ştamı aşkarlayıblar
08:14 Tənhalığın gözlənilməz TƏHLÜKƏSİ - Bu vəziyyətə düşmə ehtimalı çoxdur
08:11 Böyrəyini anasına bağışladı, özünə donuz böyrəyi KÖÇÜRÜLDÜ - TİBBDƏ İNQİLAB