hemle

Səhiyyə Nazirliyindən “Omikron” ştamı ilə bağlı AÇIQLAMA

Tarix:9-12-2021, 12:29
Baxış Sayı:231


"Pandemiya hələ sona çatmayıb. Bu gün virusun daha çox mutasiyaya uğramış, yeni ştamı - “Omikron” ştamı peyda olub və hamının narahatçılığına səbəb yaradıb".

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, ilkin mülahizələrə görə yeni ştam daha sürətlə yayıla bilir, həm də əvvəlki qazanılmış immun cavabdan müəyyən qədər yayına bilir: "Yaxın vaxtlarda müşahidələr bu mülahizələrin nə qədər doğru olmasına aydınlıq gətirəcək. Belə bir təhlükə şəraitində insanların qorunması, yoluxma hallarının sürətli artımının qarşısının alınması məhz bizim qoruyucu qızıl qaydalara necə əməl etməyimiz və yenə də vaksinasiyada fəal iştirakımızdan asılı olacaqdır. Bu qoruyucu qaydalara ciddi əməl etmək və eyni zamanda yaşlı və xəstə insanların, uşaqların, hamilə qadınların qrip virusuna qarşı da peyvənd olunması mövsümi respirator infeksiyaların, onlardan baş verə biləcək ağırlaşmaların azalmasına gətirib çıxara bilər. Beləliklə, hər şey özümüzdən asılıdır, yalnız səylərimizi birləşdirməklə infeksiyanı etibarlı surətdə nəzarətdə saxlaya və öz dolğun həyatımıza davam edə bilərik".

Digər xəbərlər
12:22 Putin imperiyanı dirçəltmək istəyir: Hədəf bu əraziləri ələ keçirməkdir
12:13 Kartlardan daha 41 min manat oğurlandı
12:09 Ekspertizanın nəticələri bəlli oldu: “Crocus City Hall”da terror aktı törədənlər...
12:03 Avropadakı Azərbaycan diasporundan ermənilərin mina terroruna ETİRAZ
17:14 Amerikalı alimlər qrip və herpesdən qoruyan saqqız yaradıblar
17:09 Pulsuzluq infarkt ehtimalını dəfələrlə artırır - Elmi araşdırma...
17:05 Bakı üçün yeni təklif: Ankara və Təl-Əviv razılaşdı, növbədə Tehrandır?
17:02 Mayda bu tarixlərdə iş olmayacaq