hemle

ABŞ səlahiyyətliləri Maskı və şirkətini yoxlamağa başladılar

Tarix:18-12-2024, 08:04
Baxış Sayı:441



ABŞ federal hakimiyyət orqanları "SpaceX" və onun rəhbəri İlon Maskın məxfiliyi pozması iddiaları ilə bağlı yoxlamalar aparmağa başlayıb.

Bu barədə "New York Times" mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, söhbət ABŞ Hərbi Hava Qüvvələri (HHQ), Müdafiə Nazirliyinin baş müfəttişi və müdafiə nazirinin kəşfiyyat və təhlükəsizlik üzrə müavini tərəfindən həyata keçirilən üç yoxlamadan gedir.

Bildirilib ki, "SpaceX" şirkəti və onun rəhbəri Dövlət Sirrinin qorunmasına yönəlmiş məlumatları açıqlayan zaman qaydalar a riayət edilməyib.

Qeyd edilib ki, Musk və onun təşkilatı dəfələrlə federal qaydalara əməl etməyib. Məsələn, xarici ölkələrin liderləri ilə görüşlərinin bəzi təfərrüatlarını açıqlamayıblar.

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı