hemle

Bakının Suriya açılımı: Əliyev Ərdoğana nələr deyib?

Tarix:11-12-2024, 10:04
Baxış Sayı:509



Prezident İlham Əliyev Ərdoğanla telefon söhbətində Azərbaycanın Suriyada Türkiyə ilə birlikdə hərəkət edəcəyini və humanitar dəstək verəcəyini bildirib.

Bakı və Ankaranın Suriyada birlik nümayiş etdirməsi strateji müttəfiqlik sazişinə uyğun olaraq, iki ölkənin xarici siyasətdə addımlarını eyniləşdirmək hədəflərinə əsaslanır. Və Azərbaycan post-Əsəd Suriyasında iştiraka bir neçə kontekstdə maraqlıdır:

- Suriya xalqının humanitar problemlərin həllində iştirakı ərəb dünyası ilə münasibətlər fonunda sərfəli gedişdir;

- Bakı İraq türkmanları ilə əlaqələrin qurulmasından sonra Suriyadakı türkmanlarla da daha sıx əlaqələr qura, Yaxın Şərq siyasətinə təsir edə biləcək faktor əldə edə bilər;

- Suriyada yer almaq Bakıya bu ölkədə mübarizə aparan müxtəlif güc mərkəzləri (ABŞ, İsrail, İran, Rusiya) ilə münasibətlərdə diplomatik manevr imkanları qazandırır;

Azərbaycanın dəstəyi Suriyada Türkiyənin əlini gücləndirə biləcək faktordur:

- Mövcud vəziyyətdə Suriyada maraqlı ölkələrin heç biri Ankaranın müttəfiqi deyil: Türkiyə Azərbaycanın timsalında öz müttəfiqini prosesə daxil etməklə daha güclü cəbhə qurmaq istəyir;
- Bakı Suriyadakı proseslərin inkişafında maraqlarının toqquşacağı gözlənilən Ankara-Təl-Əviv arasında ortaq mövqelərin tapılmasında körpü ola bilər.

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...