hemle

Apteklərdə qanda şəkərin miqdarını ölçən test çubuğu çatışmazlığı yaşanır

Tarix:6-12-2024, 10:00
Baxış Sayı:441



Şəkərli diabet xəstələri üçün vacib vasitələrdən sayılan və qanda qlükozanın miqdarını yoxlamaq üçün istifadə edilən aparatların test çubuqları tapılmır. Ona görə də? şəkər xəstələri mövcud vəziyyətdən narahatdırlar.

Bu vasitələr dövlət tərəfindən pulsuz verilir. Amma say az olduğundan insanların əksəriyyəti apteklərdən alır. Şəkərin miqdarını gün ərzində bir neçə dəfə yoxlamaq məcburiyyətində qalan xəstələrdə ödənişsiz verilən vasitələr kifayət etmir.

Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Ülviyyə Əhmədova qeyd edib ki, hazırda Azərbaycanda 400 min nəfərə yaxın şəkərli diabet xəstəsi var. Bunlar iki qrupa bölünürlər, birinci tip şəkərli diabet xəstələrinin 1350 nəfəri Bakıda qeydiyyatdadır. Bakıda qeydiyyatda olan xəstələrin təchizat problem yoxdur.

Ülviyyə Əhmədova qeyd edib ki, hazırda şəkərli diabet xəstəliyi olan şəxslərə göstərilən illik tibbi yardımın həcmi, inyeksiya vasitələri, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı, həmçinin həmin vasitələr və preparatlarla təminatı Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası" ilə tənzimlənir.

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ölkədə 2005-ci ildən bəri bu tip xəstələrin sayının 6 dəfə artmasını nəzərə alaraq sözügedən xəstəlikdən əziyyət çəkən vətəndaşlara keyfiyyətli tibbi xidmətin göstərilməsi məqsədilə müasir standartların tətbiqi ilə bağlı müvafiq işlər həyata keçirilməkdədir.

Bununla bağlı İcbari Tibbi Sığorta Dövlət Agentliyi tərəfindən müasir tələblərə əsaslanaraq yuxarıda qeyd edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli Qərarına müvafiq dəyişikliklərin edilməsi ilə bağlı qərar layihəsi və növbəti illər üçün yeni dövlət proqramının layihəsi hazırlanmaqdadır.

Təklif olunan dəyişikliklərə şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, keyfiyyət və səmərəliliyinin artırılması, həmçinin müraciətdə qeyd olunan məsələlərin həlli öz əksini tapıb. Bununla yanaşı, ilkin səhiyyə xidmətinin gücləndirilməsi və keyfiyyətinin artırılması sahəsində də müvafiq tədbirlər həyata keçiriləcək.

Digər xəbərlər
21:14 İranın yeni paytaxtının hara olacağı açıqlandı
21:10 Bu sahələrdə xidmətlərə görə ƏDV-nin 50 faizi qaytarılacaq
21:06 Səhiyyə Nazirliyindən bu şəxslərə ÇAĞIRIŞ
21:03 İlham Əliyev: Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar
21:00 40 minlik ordu həlledici hücuma keçdi - Rusiya ərazisində dəhşətli müharibə gedir
17:05 Zirəddindən 2025-ci il proqnozu - Yeni qorxulu virus...
17:02 Riskli vergi ödəyiciləri nələrə diqqət etməlidirlər?
16:56 Onlar hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcəklər