hemle

Dünyanın ən çirkli havaya malik paytaxtları - Həyat üçün TƏHLÜKƏLİDİR

Tarix:10-11-2024, 10:14
Baxış Sayı:445



Havası ən çirkli paytaxtlar Asiya və Afrikadadır və onlara Yeni Dehli liderlik edir.

Bununla bağlı "Statista" araşdırma aparıb.

Məlum olub ki, Yeni Dehlidə havanın çirklənmə göstəricisi 92,7 PM 2,5 təşkil edir. - PM 2.5, ölçüləri 0,001 ilə 2,5 mikrometr (µm) arasında dəyişən, havada tapılan ən kiçik hissəciklərdir. Yeni Dehli sənaye cəhətdən sürətlə inkişaf edir, lakin göstəricilər sadəcə dəhşətlidir - havanın çirklənməsi Ümumdünya Səhiyyə Təşkilatının standartlarını 17 dəfə üstələyir.

İkinci yerdə Banqladeşin paytaxtı Dəkkədir - 80,2 PM 2,5. Üçüncü yerdə Uaqaduqu (Burkina Fasonun paytaxtı) - 46,6 PM 2,5. Həmçinin Düşənbə, Bağdad, Abuca, Cakarta və Hanoy da zirvədədir. Siyahıda Avropadan olan yeganə şəhər Sarayevodur.

Çox kiçik ölçülərinə görə, daim havada olan müxtəlif mənşəli bütün hissəciklər nəfəs aldıqda ağciyərlərə daxil olur və sonra təbii bioloji maneələrlə tutulmur, əksinə qan dövranına keçir. Təəssüf ki, bu cür çirkləndiricilər - incə hissəciklər bədəndə toplana bilər ki, bu da sağlamlıqla bağlı müxtəlif xoşagəlməz nəticələrə səbəb ola bilər.

Digər xəbərlər
10:41 Xəstəlik vərəqi ilə bağlı YENİLİK: DSMF-yə göndəriləcək
10:10 Bu ödənişləri gecikdirsəniz də, adınız “qara siyahı”ya düşməyəcək
09:59 "Qiyamət günü" YAXINLAŞIR - 2 ölkə xəritədən silinəcək, digər 2-si isə...
09:54 Zelenskinin ofisi RAZILIQ VERDİ - Bu ölkədə atəşkəs danışıqları baş tutacaq
09:47 Stresslə mübarizə üçün yeni metod hazırlandı
09:43 Daha 55 ailə Sarıcalı və Ballıcaya yola salındı
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu