hemle

Havanın temperaturu 44°-dək artacaq - XƏBƏRDARLIQ

Tarix:19-07-2022, 12:03
Baxış Sayı:195

Havanın temperaturu 44°-dək artacaq - XƏBƏRDARLIQ


Fövqəladə Hallar Nazirliyi (FHN) temperaturun yüksələcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Nazirlikdən verilən xəbərdə qeyd olunur ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə temperaturun 42-44°-dək artacağı və arabir güclənən küləyin müşahidə olunacağı gözlənilir.

"Belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnir, həmçinin kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, yüksək temperaturun, eləcə də güclü küləyin yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Bundan əlavə, yay mövsümündə insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.

Həmçinin, günvurma təhlükəsindən qorunmaq üçün yüksək temperaturlu günlərdə açıq havada çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!"

Digər xəbərlər
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları
09:43 Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
09:37 Çindən Rusiyaya gözlənilməz ZƏRBƏ - İmtina prosesi başladı
09:34 Bu gün xristian aləmi Pasxa bayramını qeyd edir
09:30 Dubay şokoladı ABŞ və İranı PROBLEMLƏ ÜZLƏŞDİRDİ