hemle

Hava şəraiti ilə bağlı əhaliyə - Xəbərdarlıq

Tarix:25-09-2021, 17:21
Baxış Sayı:237

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 26-sı gündüz saatlarınadək davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi və güclü külək əsəcəyi gözlənilir.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb:

“Leysan xarakterli intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

İldırımın səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Həmçinin, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən, hündür ağaclardan uzaq durmaq, elektrik dirəyi və naqillərinin altında dayanmamaq tövsiyə olunur.

Güclü külək zamanı yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir”.

Nazirlikdən bildirilib ki, təhlükə zamanı 112-yə zəng etmək lazımdır.

Digər xəbərlər
13:04 Xarkov bombalandı: Zelenski kömək istədi
12:54 Ermənistan 12 döyüş təyyarəsi alır - Bakıya qarşı müharibə hazırlığı
12:52 İrəvan qondarma “erməni soyqırımı”nın tanınmasından imtina etdi - RƏSMİ
12:50 İsrail mətbuatı da tarix açıqladı: İran qisas alacaq
12:36 Dəniz səviyyəsindən 1373 metr hündürlükdə yerləşən bu ucqar dağ kəndi qazlaşdırılır
10:05 Ukrayna bu şəhərə kütləvi dron zərbələri endirir
09:58 İran İsrailə hücum üçün "Doğru Vəd-3" əməliyyatına start verir?
09:55 Rusiyaya bu yolla getmiş azərbaycanlılara BÖYÜK TƏHLÜKƏ: Əmlakları əllərindən alınacaq