hemle

Universitetlər COP29 dövründə onlayn tədrisə hazırdır? - VİDEO

Tarix:4-11-2024, 09:38
Baxış Sayı:570



Ölkədə beynəlxalq səviyyəli COP29 tədbirinin keçirilməsinə sayılı günlər qalıb. Ali təhsil müəssisələrində tədris prosesi onlayn qaydada aparılacaq. Artıq bir sıra universitetlər hazırlıqlara başlayıb.

Memarlıq və İnşaat Universitetindən bildirilib ki, tədris ocağının pandemiya dövründən onlayn təhsillə bağlı təcrübəsi var. Həmin təcrübə COP29 zamanı da universitetlərə kömək olacaq və onlayn tədrisdə heç bir problem yaşanmayacaq.

Turizm və Menecment Universitetinin də öncədən təcrübəyə malik olduqları vurğulanıb. Bildirilib ki, bu təcrübə imkan verəcək ki, tədrisin 9 və 10-cu həftələrində dərslər onlayn qaydada təşkil edilsin.

Təhsil eksperti Kamran Əsədov da bildirib ki, ölkənin təhsil sistemi məsafədən təhsillə 2020-ci ilin pandemiya dövründən tanışdır. Ona görə də noyabr ayında onlayn təhsilin təşkilində heç bir problem yaşanmayacaq.

Təhsil eksperti onu da bildirib ki, hazırda ölkənin 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır.

Ətraflı süjetdə:

Digər xəbərlər
18:51 Qondarma “soyqırımı” ilə bağlı gizli əmr - Erməni səfirlərə nə tapşırılıb?
17:57 Simpsonlar bunu da öncədən bildi: İstanbul zəlzələsi ilə bağlı qorxulu proqnoz
17:54 İlham Əliyevin Çinə dövlət səfəri başa çatdı
14:38 MOSKVADAN GERÇƏK BİR XATİRƏ
14:32 Ən pis günün belə olsun, ad günün mübarək şirin nəvəm
10:16 Ürək sağlamlığı üçün gündə nə qədər yağ istehlak etməli?
10:05 Rusiya Kiyevə zərbə endirdi - Ölənlər və yaralılar var
09:57 Putin Bəşər Əsədlə bağlı qərar verdi: Suriyaya təhvil veriləcək?