hemle

Tələbələrə şad xəbər: Bu tarixdən təqaüdlər artırılır

Tarix:15-10-2024, 09:33
Baxış Sayı:441



Gələn ilin əvvəlindən tələbə təqaüdlərinin artırılacağı gözlənilir.

"Təhsil haqqında" Qanuna əsasən əyani təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlər təyin edilir. Lakin tələbələr bildirirlər ki, təyin edilən təqaüdün məbləği kirayə, nəqliyyat, eyni zamanda tədris üçün lazım olan ləvazimatların xərclərini ödəmir. Bu səbəbdən də bəzi tələbələr dərsdən sonra işləməyə məcbur olurlar.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, təqaüdlər tələbənin minimum ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulub. O, eyni zamanda, ümumi təhsil prosesinin inkişafı üçün dövlət tərəfindən tələbə təqaüd krediti fondlarının və dövlət hesabına təhsil alan tələbələrin sayının artdığını da bildirib.

Deputat, həmçinin bəzi tələbələrin digər ölkələrlə müqayisədə Azərbaycanda tələbə təqaüdlərinin az olması fikrinə də aydınlıq gətirib.

Digər xəbərlər
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?
22:11 İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu
22:06 Bu məlumatlarınız təhlükədə ola bilər - RƏSMİ XƏBƏRDARLIQ
22:03 Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi
22:02 Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar - Onların taleyi necə olacaq?
21:58 “Azəriqaz” İB-nin baş direktoru Bərdə və Tərtər sakinlərinin müraciətlərini dinlədi