hemle

Tələbə krediti almaq hüququ olan tələbələrin sayı AÇIQLANDI

Tarix:7-02-2022, 12:42
Baxış Sayı:236

Təhsil tələbə krediti almaq hüququ olan tələbələrin sayı açıqlanıb.

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev keçirdiyi brifinqdə belə tələbələrin sayının 56 208 nəfər olduğunu deyib.

Onun sözlərinə görə, həmin tələbələrdən 40 465 nəfəri bakalavr, 5 426 nəfəri magistr, 10 318 nəfəri isə subbakalavrdır: "56 208 tələbədən 16 800-ü sosial, 39 408 tələbə isə standart təhsil tələbə krediti almaq hüququna sahibdir".

Sədr qeyd edib ki, əyani formada ödənişli təhsil alan tələbələrin 13.8 %-nin (20 200) təhsil haqqını dövlət ödəyir və onların kredit almaq üçün müraciət etməyinə ehtiyac yoxdur: "Həmin tələbələr həssas qrupa aid olanlardır".

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı