hemle

"Yaxın aylarda dünya müharibəsi başlaya bilər" - Tramp xəbərdarlıq etdi

Tarix:13-10-2024, 13:44
Baxış Sayı:501



ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Amerika administrasiyasının hərəkətləri səbəbindən yaxın 3-4 ay ərzində dünya müharibəsi riskinin yüksək olacağı barədə xəbərdarlıq edib.

O, bu barədə Kaliforniyada RSBN media şirkəti tərəfindən "YouTube"da yayımlanan mitinq zamanı bildirib .

Trampın sözlərinə görə, o, hazırkı hakimiyyətin qlobal münaqişəyə səbəb ola biləcəyindən narahatdır. O, hökumətdən olan insanların hərəkətlərinin bu cür hadisələrə səbəb ola biləcəyini vurğulayıb.

Tramp yenidən prezident seçiləcəyi təqdirdə Ukraynadakı münaqişəni tez bir zamanda həll edə biləcəyini və “Yaxın Şərqdəki xaosa son qoyacağını” bildirib.

ABŞ prezidentliyinə namizəd seçkidə qalib gələcəyi təqdirdə “sülhün yenidən hökm sürəcəyinə” əmin olduğunu bildirib. O qeyd edib ki, vitse-prezident və Demokratların namizədi Kamala Harris qələbə qazanarsa “dünya tüstülənəcək”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir