hemle

Amerikalılar nə istəyir? - Yeni seçiləcək prezidentdən gözləntilər

Tarix:10-10-2024, 08:10
Baxış Sayı:433



ABŞ seçicilərinin əksəriyyəti iqtisadi məsələlərin həllində vitse-prezident Kamala Harrisə yox, keçmiş prezident Donald Trampa etibar edirlər.

Bunu “Gallup”un sorğusunun nəticələri göstərir.

Sorğunun nəticələrinə görə, respondentlərin 52 %-i prezident seçkilərində səs verərkən diqqət yetirəcəkləri ən mühüm aspekt kimi iqtisadiyyatı qeyd edib. Rəyi soruşulanların 54 %-i Trampın iqtisadi məsələlərin həllində daha yaxşı iş görəcəyinə inandığını, 45 %-i isə iqtisadi məsələlərin həllini Harrisə həvalə etməyi üstün tutduğunu bildirib. Bundan əlavə, respondentlər miqrasiya və xarici siyasət məsələlərində Trampa daha çox güvənirlər, Harrisə isə iqlim dəyişikliyi və səhiyyə məsələlərində daha çox etibar edilir.

Sorğuda iştirak edənlərin 55 %-inin iqtisadiyyatın seçkilərdə kimə səs vermək məsələsinə çox ciddi təsir göstərdiyini söylədiyi 2008-ci ilin oktyabrından bu yana ən yüksək göstəricidir.

Qeyd edək ki, “Gallup”un sorğusu sentyabrın 16-dan 28-dək olan dövrdə qeydə alınmış 941 seçici arasında keçirilib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir