hemle

Bayden razılıq verdi: İsrail İrana görə bu ölkələri də vuracaq

Tarix:3-10-2024, 10:07
Baxış Sayı:390






ABŞ və İsrail Tehranın hücumuna cavab olaraq Yəmən və Suriyaya, oradakı İranyönlü qüvvələrə və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölmələrinə hücum imkanlarını müzakirə edirlər.

Bu barədə “Politico” ABŞ prezidenti Co Baydenin adı açıqlanmayan müşavirlərinə istinadən məlumat yayıb.

Qəzetin mənbələri bildiriblər ki, Vaşinqton İranın raket hücumuna İsrailin məhdud cavabını "daha üstün tutacaq". Nəşrin iki mənbəsi qeyd edib ki, bu cavab Amerika tərəfinə uyğundur və o, İsraildən ondan tamamilə imtina etməyi tələb etmək niyyətində deyil.

"Politico" izah edir ki, bu cür hərəkətlər Baydenin Yaxın Şərqdəki hadisələrə təsirinin zəiflədiyini nümayiş etdirir.

Xatırladaq ki, oktyabrın 1-i axşam saatlarında İsrail İrandan kütləvi atəşə məruz qalıb. İran öz ərazisindən bir saat ərzində İsrailə yüzlərlə raket atıb. Tehran Livan Hizbullahının lideri Həsən Nəsrullahın, eləcə də Fələstin radikal HƏMAS hərəkatının lideri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq bu addımı atdıqlarını açıqlayıb.

Digər xəbərlər
11:17 Bu şəxslərin maaşı bir ayda 240 manatdan çox artdı
11:10 Ev tikənlərin NƏZƏRİNƏ: Bu halda məsuliyyətə cəlb oluna bilərsiniz
10:59 Xankəndi, Xocalı, Ağdərə müasir rəqəmsal yerüstü televiziya və radio yayımı ilə əhatə olunacaq
10:56 Dövlət qeydiyyatına alınan dərmanlarla bağlı dəyişiklik
10:51 Azərbaycan və Ermənistan nümayəndələri görüşdü
10:11 Laçında möhtəşəm atəşfəşanlıq
10:07 Sabirabadda FACİƏ - Bir ailə yanaraq məhv oldu (YENİLƏNDİ)
09:59 "Telegram"da çoxdan gözlənilən YENİLİKLƏR