hemle

İsrailin bombalanması əmrini kim verib? - "New York Times"da ilginc faktlar

Tarix:2-10-2024, 14:18
Baxış Sayı:503



İran prezidenti Məsud Pezeşkiana İslam Respublikasının oktyabrın 1-i axşam saatlarında İsrailə qarşı həyata keçirdiyi raket hücumları barədə məlumat verilmədiyi iddia edilib.

Bu barədə "New York Times"ın köşə yazarı Tomas Fridman mənbələrə istinadən yazıb.

Məlumata görə, raket hücumunu İran Hərbi Hava Qüvvələri deyil, İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələri təşkil edib.

Eyni zamanda, mənbələrin iddiasına görə, Pezeşkianın hücumdan əvvəl bu barədə xəbəri olmayıb. Bu isə İran rəhbərliyində əməliyyatla bağlı fikir ayrılıqlarının olduğunu deməyə əsas verir.

Bundan əvvəl İran prezidenti İsrailə raket hücumunu İsrailin təcavüzkar hərəkətlərinə qarşı milli maraqların müdafiəsi adlandırıb.

İsrailin Baş Qərargahı isə "vaxt seçəcəyini" və hücuma sürpriz cavab verəcəyini vəd edib. İranın ali lideri Ayətullah Əli Xamenei isə öz növbəsində ibrani dilində İsrailə hücumların daha geniş və dağıdıcı olacağı barədə xəbərdarlıq edib.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ