hemle

Əhali arasında sürətlə yayılan xəstəlik - Həkimdən HƏYƏCAN TƏBİLİ

Tarix:26-09-2024, 09:08
Baxış Sayı:411





Bir müddətdir ki, əhali arasında qrip simptomlu xəstəlik yayılıb. Həm böyüklər, həm də uşaqlarda təsadüf olunan virus həftələrlə davam edir.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionisti Təyyar Eyvazov deyib ki, son günlərdə yayılan xəstəlik mövsümi, kəskin respirator virus infeksiyalarıdır.

Hazırda xəstələrdə müşahidə olunan da daha çox qrip əlamətlərinə oxşayır. Xəstəliyin kəskin əlamətləri 2-3 gün davam edir.

T.Eyvazov qeyd edib ki, hazırda müşahidə olunan virusun koronovirusla heç bir əlaqəsi yoxdur. Hər bir virusun insanlarda klinik təzahürləri müxtəlif ola bilər.

Bu cür viruslara qarşı antiviral preparatlar yoxdur. Hazırkı virusların fəsadlaşması hallarının olmadığını deyən infeksionist qeyd edib ki, bütün bunlara baxmayaraq, simptomatik müalicə tələb olunur.

Bunları nəzərə alaraq, yüksək temperatur 5-7 gündən çox davam etdikdə, hərarətsalıcı dərmanlara tabe olmadıqda, kəskin zəiflik, halsızlıq, təngnəfəslik, boğulma halları müşahidə edildikdə, habelə oksigen saturasiyasının aşağı düşməsi, arterial təzyiqin enməsi, döş qəfəsində darlıq hissinin, ağrıların olması, müxtəlif nahiyələrdə qansızmalar və qanaxmalar, huşsuzluq əlamətləri, ürək ritminin pozulması, qusma ilə müşayiət olunan güclü baş ağrıları, nevroloji defisit kimi hallara rast gəldikdə təcili olaraq həkimə müraciət olunmalıdır.

Ətraflı süjetdə:



Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir