hemle

"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb

Tarix:17-09-2024, 09:29
Baxış Sayı:442




Bakıda keçirilmiş Azərbaycan Qran-prisi təkcə maraqlı və gərgin mübarizə ilə deyil, həm də bir sıra maraqlı statistik göstəricilərlə yadda qalıb.

Təsnifat mərhələsində qalib gələn Şarl Lekler bu göstəricidə Mika Hakkinenlə bərabərləşərək, karyerasında 26-cı poul-pozisiyanın sahibi olub.

Bu, “Ferrari” komandasının Bakıda beşinci, Ş.Leklerin bu trekdə dördüncü və cari mövsümdə üçüncü pouludur.

Oskar Piastri karyerasında beşinci dəfə birinci sıradan start götürüb. Bu, “McLaren” komandasının Bakıda ilk "altılıq"da ilk startıdır.

Serxio Peresin dördüncü yeri tutması ona Mayami-2023-dən sonra ilk dəfə “Red Bull"dakı həmkarı Maks Ferstappeni qabaqlamağa imkan verib.

Azərbaycan Qran-prisinin qalibi olan avstraliyalı Oskar Piastri cari mövsümdə (Macarıstandan sonra) ikinci qələbəsini qazanıb. O, hər iki uğuru ikinci yerdən başladıqdan sonra əldə edib.

“McLaren” pilotları əvvəllər Bakıda heç vaxt finişə beşinci yerdən yuxarı çatmayıblar.

O.Piastri son yeddi yarışda (Avstriya Qran-prisi - Azərbaycan Qran-prisi) ən çox xal (135) qazanıb.

Piastri və dördüncü yeri tutan Lando Norris Bakıda 38 xal qazanıblar. "McLaren" komandası 2014-cü il Avstraliya Qran-prisindən bəri ilk dəfə Konstruktorlar Kubokunda liderliyə nail olub və “Red Bull Racing”in 55 Qran-pri və ya 847 gün davam edən liderliyi sona çatıb.

Şarl Leklerin ikinci yeri tutması onun Azərbaycandakı ən yaxşı nəticəsidir. Ardıcıl dördüncü ildir ki, Ş.Lekler Bakıda pouldan start götürərək qalib gələ bilməyib.

Maks Ferstappen beşinci yeri tutub və son beş Qran-pridə cəmi bir dəfə fəxri kürsüdə yer alıb.

Aleks Albonun qazandığı yeddinci yer “Williams” komandası üçün mövsümün ən yaxşı nəticəsidir. Onun gənc komanda yoldaşı Franko Kolapinto karyerasının ilk xallarını ikinci yarışda qazanıb. Bu iki yarışda F.Kolapinto “Williams”dakı sələfi Loqan Sardcentin 2023 və 2024 mövsümlərində qazandığından (1 xal) daha çox xal (4) toplayıb.

F.Kolapinto 1982-ci ildə Cənubi Afrikada fərqlənən Karlos Roytemandan sonra xal toplayan ilk argentinalı olub.

Lyuis Hemilton karyerası ərzində 100,000 km məsafə həddini keçib (hazırda 100,278 km), yalnız Fernando Alonsodan (107,347 km) geri qalır.

Oliver Berman “Haas” komandasının tərkibində onuncu yeri tutub və “Formula 1” tarixində ilk iki Qran-pridə iki fərqli komanda üçün xal qazanan ilk pilot olub.

Bakıda keçirilən yarış mövsümün ikinci (Avstraliyadan sonra) virtual təhlükəsizlik maşını rejimində başa çatan yarışı olub.

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ