hemle

Bakı sərhədi necə müəyyən edəcək? - İrəvanla razılaşmanın sirri açıldı

Tarix:16-09-2024, 09:12
Baxış Sayı:339



Ermənistan Azərbaycanla sərhədin demarkasiyası komissiyalarının qəbul etdiyi əsasnaməni Konstitusiya Məhkəməsinə göndərib. Məhkəmənin müsbət qərarı olarsa, hökumət sənədi ratifikasiya etmək üçün parlamentə göndərəcək.

Azərbaycan və Ermənistan sərhədin Qazax-Tavuş istiqamətində delimitasiyası üzrə razılaşıb və komissiyalar reqlamenti təsdiqləyiblər.

19 aprel razılaşmasının əsas götürüldüyü bu razılaşmada qeyd olunur: “Tərəflər delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlarına dair razılaşıb və bunu baza prinsipi olaraq götürürlər. Əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq”.

Bu o deməkdir ki, Azərbaycan Ermənistanla sülh sazişində delimitasiya prinsiplərini dəyişdirə və 19 aprel razılaşmasının müvafiq bəndini sıradan çıxara bilər.

Bu məqam Ermənistanda yenidən müzakirələrə səbəb olub.

“Hayastan” mərkəzinin rəhbəri Karen Bekaryan bildirib ki, 7 maddədən ibarət reqlament Ermənistan üçün təhlükəlidir.

“Xüsusilə 5-ci maddə diqqət çəkir. Azərbaycan bu maddəyə əsasən istədiyi ərazilərdə delimitasiya-demarkasiya həyata keçirə bilər. Bununla yanaşı, proses başa çatmasa, həmin ərazilər demarkasiya-delimitasiya edilmiş hesab olunacaq. Bu o deməkdir ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesi 100 il də davam edə bilər, Azərbaycan da yalnız demarkasiya etmək istədiyi ərazilərə diqqət ayıracaq. Rəsmi Bakı həm də istədiyi vaxt Alma-Ata bəyannaməsindən imtina etmək hüququnu da özündə saxlayır. Əgər Azərbaycan bu bəyannamədən imtina edərsə, Paşinyanın elan etdiyi 29743 kvadratkilometr ərazini tanımayacaq”, - o iddia edib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir