hemle

Bu gün Müzəffər Azərbaycan ordusunun revanşist erməni təxribatçıları üzərində qələbəsindən iki il ötür

Tarix:13-09-2024, 15:42
Baxış Sayı:512




Azərbaycan-Ermənistan sərhədinin #Laçın, #Kəlbəcər və #Zəngilan rayonları istiqamətində başlanan gərginlik Ermənistanın növbəti uğursuz revanş cəhdi kimi tarixə düşdü. 2022-ci ilin sentyabrın 12-14-də #Ermənistan tarixinin növbəti fiaskosu, acı #məğlubiyyəti ilə üzləşdi. 2020-ci il noyabrın 10-da imza atdığı üçtərəfli sazişin şərtlərini kobud şəkildə pozan Ermənistan üstündən iki il keçəndən sonra sərhəddə təxribatlar törətməyə çalışsa da, layiqli cavabını aldı. Ermənistan təxribat törətməklə qarşısına çox ciddi hədəflər qoymuşdu - beynəlxalq havadarlarını münaqişəyə cəlb etmək, revanşist siyasətlə mövcud vəziyyəti öz xeyrinə dəyişmək.
Azərbaycanın təxribatçı Ermənistan silahlı qüvvələri üzərində qazandığı qələbə yalnız Azərbaycanın sərhəd rayonlarını deyil, bütövlükdə Cənubi Qafqazı burada sülh və əmin-amanlığa təhdid yaradan ünsürlərdən xilas etdi. Azərbaycan əsgəri əks həmlə ilə düşmənin şərti sərhəd boyu qurduğu bütün hərbi təyinatlı obyektləri darmadağın edərək İrəvanın nəinki yenidən hücum, ümumilikdə müdafiə qabiliyyətini iflic etdi. Möhtərəm Prezidentin 2022-ci ildə, Zəfər Günü Şuşadan bəyan etdiyi kimi, "13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib. Ermənistan gözəl anlamalıdır, bu, nə deməkdir".
#Sentyabrdöyüşləri Azərbaycan ordusunun gücünü göstərməklə yanaşı, dövlətimizin göstərdiyi siyasi iradənin növbəti təzühürü idi. Azərbaycan növbəti dəfə təcavüzkar ölkənin hərbi-siyasi təxribatına cavab verməklə öz təhlükəsizliyinin təmin olunması istiqamətində bütün zəruri addımları atmaq iqtidarında olduğunu dost-düşmən hər kəsə göstərmiş oldu. Bununla da, Ermənistanın hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoymaq xəyalları da bir daha puç oldu. Azərbaycan əsgəri bir daha göstərdi ki, Vətəninə qarşı istənilən addımın, təxribatın qarşısını almaq qüdrətindədir.

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ