hemle

Eynşteynin Ruzveltə yazdığı məktub SATILDI - Fizik hansı təhlükədən bəhs edirdi?

Tarix:11-09-2024, 08:20
Baxış Sayı:490



Məşhur fizik Albert Eynşteynin ABŞ-ın 32-ci prezidenti Franklin Ruzveltə ünvanladığı məktub "Christie's" hərracında 3,92 milyon dollara satılıb.

Bu barədə "RİA Novosti" məlumat yayıb.

Bu məktub iki versiyada mövcuddur: göndərilmiş nüsxə Nyu-Yorkun Hayd Parkındakı Ruzvelt Muzeyi və Kitabxanasında saxlanılır. Eynşteyn tərəfindən imzalanan və orijinaldan bir qədər qısa olan satılan sənəd əvvəllər "Microsoft"un mərhum həmtəsisçisi Paul Allenə məxsus idi. Hərrac evi onu 4 milyon dollar dəyərində qiymətləndirib.

Bu iki səhifəlik məktubda Eynşteyn Ruzvelti nasist nüvə tədqiqatlarının "son dərəcə güclü bombalar" yaratmaq üçün istifadə oluna biləcəyi barədə xəbərdar edir.

Bu məktubu aldıqdan sonra Ruzvelt Manhetten Layihəsinin sələfi olan bir komitə yaradıb.

Digər xəbərlər
20:59 Bu şagirdlərə attestat verilməyəcək
20:54 Bu saytlara girməyin! Pullarınız oğurlana bilər
20:48 Sabah bəzi ərazilər QAZSIZ QALACAQ
20:45 Azərbaycan ilə Çin arasında bir sıra sənədlər imzalandı
20:34 Xankəndidə işləmək istəyənlərin nəzərinə - Boş iş yerləri var
20:13 Fransada yeni təşkilat yaradıldı: Hər yeri yandırıb məhv edirlər
13:57 Pensiyaya əlavələr ediləcək - 6 ildən bir, 2 dəfə
13:49 Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI