hemle

ABŞ göstəriş verdi: Amerikalı mütəxəssislər Ermənistanda araşdırma aparır - Məqsəd nədir?

Tarix:9-09-2024, 15:18
Baxış Sayı:557



Ermənistanda müasir nüvə enerjisi istehsalı mənbəyinin yaradılmasına yönəlmiş tədqiqatlar artıq başlayıb.

Ermənistan Respublikasının ərazi idarəetmə və infrastruktur nazirinin müavini Hakob Vardanyan “Armenpress”ə bildirib ki, hazırkı mərhələdə Ermənistanda yeni atom enerji bloklarının tikintisi prosesinin bir hissəsi kimi texniki-iqtisadi əsaslandırma işləri aparılır.

“ABŞ hökumətinin tapşırığı ilə və Ermənistan tərəfi ilə əməkdaşlıq çərçivəsində bu işi Amerikanın nüfuzlu şirkətlərindən biri həyata keçirir. Məqsəd amerikalı istehsalçıların təklif etdiyi kiçik modul stansiyalardan hansının Ermənistanın texnoloji ehtiyaclarına daha uyğun olduğunu öyrənməkdir. Tədqiqatların 2025-ci ilin yazından gec olmayaraq başa çatdırılması planlaşdırılır”, - Akop Vardanyan qeyd edib.

Nazir müavini Ermənistanın ABŞ-dan “123 Müqaviləsi”nə qoşulmasını və Amerikanın mülki nüvə texnologiyalarına çıxış əldə etməsini xahiş etməsi barədə məlumatı təsdiqləyib.

“Ermənistan tərəfinin müraciətinə ABŞ-ın daxili prosedurlarına uyğun olaraq baxılır. ABŞ-ın müxtəlif rəsmiləri bunu dəfələrlə bəyan edərək, bunun kifayət qədər əmək tutumlu proses olduğunu qeyd ediblər”, – Akop Vardanyan yekunlaşdırıb.

Digər xəbərlər
20:59 Bu şagirdlərə attestat verilməyəcək
20:54 Bu saytlara girməyin! Pullarınız oğurlana bilər
20:48 Sabah bəzi ərazilər QAZSIZ QALACAQ
20:45 Azərbaycan ilə Çin arasında bir sıra sənədlər imzalandı
20:34 Xankəndidə işləmək istəyənlərin nəzərinə - Boş iş yerləri var
20:13 Fransada yeni təşkilat yaradıldı: Hər yeri yandırıb məhv edirlər
13:57 Pensiyaya əlavələr ediləcək - 6 ildən bir, 2 dəfə
13:49 Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI