hemle

Ermənilər bu tarixdə separatçıları Bakıdan “qaçırmaq" istəyirlər: Görün nə planlaşdırıblar

Tarix:9-09-2024, 15:15
Baxış Sayı:450



Noyabr ayında Bakıda keçiriləcək COP-29 tədbiri ərəfəsində ermənilər həbsdə olan separatçıların “qaçırılması ssenarisi” üzərində müzakirələr aparır. Söhbət azad edilməkdən yox, məhz “qaçırılmaqdan” gedir, çünki hədəf rəsmi Bakıya beynəlxalq təzyiqi gücləndirmək, nəticədə separatçıları sərbəst buraxmasına məcbur etməkdir.

Xankəndidən İrəvana qaçan separatçılardan biri Artak Beqlaryan da bu haqda təkliflərlə çıxış edib.

O bildirir ki, Azərbaycan separatçıları həbsdən azad etməyəcək, buna görə lazım olan hər şey edilməli, hətta “qaçırılma planı” da hazırlanmalıdır. Separatçı “qaçırılma planı” olaraq beynəlxalq təzyiqi nəzərdə tutur.

“Azərbaycan beynəlxalq təzyiqdən praktiki olaraq yayına bilməyəcək. Biz 8 nəfərlik “rəhbərliyin” (separatçılar-red), eləcə də digərlərinin sərbəst buraxılması üçün hər şey etməliyik. Bunun üçün iki variant var. Birincisi, beynəlxalq təzyiqdir, ikincisi Ermənistan və Azərbaycan arasında danışıqların aparılmasıdır. COP-29-a qədər Ermənistanın həm beynəlxalq təzyiqi gücləndirmək, həm də beynəlxalq ictimaiyyətin diqqətini insan haqlarının pozulmasına yönəltmək imkanları var. Diaspordakı soydaşlarımız beynəlxalq təzyiqi artırmalı, həmçinin, hökumətlərə təsir etmək üçün informasiya kampaniyası aparmalı, müxtəlif təşkilatların diqqətini bu mövzuya yönəltməlidir”, - o bildirib.

Digər xəbərlər
20:59 Bu şagirdlərə attestat verilməyəcək
20:54 Bu saytlara girməyin! Pullarınız oğurlana bilər
20:48 Sabah bəzi ərazilər QAZSIZ QALACAQ
20:45 Azərbaycan ilə Çin arasında bir sıra sənədlər imzalandı
20:34 Xankəndidə işləmək istəyənlərin nəzərinə - Boş iş yerləri var
20:13 Fransada yeni təşkilat yaradıldı: Hər yeri yandırıb məhv edirlər
13:57 Pensiyaya əlavələr ediləcək - 6 ildən bir, 2 dəfə
13:49 Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI