hemle

Kamran Əliyev: "Qarabağ separatçılarının istintaqı yekunlaşıb"

Tarix:5-09-2024, 09:21
Baxış Sayı:557



Rusiyada keçirilən Şərq İqtisadi Forumuna qatılan Azərbaycanın baş prokuroru Kamran Əliyev hazırda Azərbaycanda həbsxanada saxlanılan Qarabağ separatçılarının işi barədə danışıb.

Baş prokuror Kamran Əliyev qeyd edib ki, həmən şəxslərin istintaqı artıq yekunlaşıb və yaxın vaxtlarda materiallar məhkəməyə təqdim olunacaq.

"Hazırda həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmişlər cinayət işinin materialları ilə tanış olurlar. Bilirsiniz ki, bu cinayət işində zərərçəkənlər çoxdur. Bütün istintaq-əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş beynəlxalq standartlara və Azərbaycan cinayət qanunvericiliyinə uyğun olaraq, mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək", - deyə Azərbaycanın baş prokuroru vurğulayıb.

Məlumat üçün əlavə edək ki, Azərbaycanın Baş Prokurorluğu tərəfindən 15 separatçıya qarşı cinayət işi başlanıb və onlar beynəlxalq axtarışa veriliblər. 2023-cü ilin sentyabrında keçirilən əməliyyatdan sonra onlar saxlanılaraq Bakıya gətirilib və istintaqa təhvil veriliblər. Onlara qarşı terrorizm, terrorçuluğu maliyyələşdirmə, qanunla nəzərdə tutulmayan silahlı birləşmə və qruplaşmalar yaratmaq, terrorizm məqsədilə təlimlər keçirmək ittihamları irəli sürülüb. Bu ilin iyununda Bakı onların işi üzrə istintaqın başa çatdığını elan edib.

Digər xəbərlər
20:59 Bu şagirdlərə attestat verilməyəcək
20:54 Bu saytlara girməyin! Pullarınız oğurlana bilər
20:48 Sabah bəzi ərazilər QAZSIZ QALACAQ
20:45 Azərbaycan ilə Çin arasında bir sıra sənədlər imzalandı
20:34 Xankəndidə işləmək istəyənlərin nəzərinə - Boş iş yerləri var
20:13 Fransada yeni təşkilat yaradıldı: Hər yeri yandırıb məhv edirlər
13:57 Pensiyaya əlavələr ediləcək - 6 ildən bir, 2 dəfə
13:49 Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI