hemle

29 layihənin icrası məqsədilə yenidənqurma işləri davam edir

Tarix:4-09-2024, 16:19
Baxış Sayı:506



SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən paytaxtın Sabunçu rayonunda mövcud qaz xətlərinin əsaslı təmiri aparılır. Birliyin Layihə Konstruktor Bürosu tərəfindən hazırlanan 29 sayda layihənin icrası qurumun Təmir-Tikinti İdarəsinə həvalə edilib. Avqust ayından etibarən ümumi uzunluğu 22465 metr nəzərdə tutulan qaz xəttinin yenidən qurulmasına başlanılıb ki, artıq 10000 metrdən çox hissəsində işlər yekunlaşıb. Təqdim olunan 29 layihədən 10-da işlər artıq tam yekunlaşıb, 17 layihə üzrə işlər davam edir, 2 obyekt üzrə isə işlərə yaxın günlərdə start veriləcək. Məlumat üçün bildirək ki, sentyabr ayının sonuna qədər qaz xəttinin çəkilişinin tam yekunlaşaraq istismara təhvil verilməsi nəzərdə tutulub.

Daha ətraflı video materialda: https://youtu.be/yrQ5Xc9Zy94?si=Upfeiqz-5V6jYtLG

Digər xəbərlər
10:05 Maaşlarla bağlı YENİLİK - Vətəndaşlar istənilən bankdan...
10:01 ÜST-dən vəba ilə bağlı XƏBƏRDARLIQ
09:51 Rayonlarda yağış yağacaq, şimşək çaxacaq - Bu günün HAVASI
09:48 Tovuzda ev güclü yanğından xilas edildi
09:41 Türkiyə üçün dəhşətli proqnoz: Regional fəlakət olacaq, 25 milyon insan…
19:09 İstanbulda güclü partlayış oldu
19:02 "Whatsapp"da yenilik - Söhbətləri kopyalamaq qadağan olunur
18:59 Hava bu tarixdən yenidən pisləşir - Dolu düşəcək, sulu qar yağacaq