hemle

"Telegram"la bağlı yeni təfərrüat ortaya çıxdı: Mesencerə göndərilən çağırışlar və orderlər…

Tarix:29-08-2024, 14:02
Baxış Sayı:332



Səlahiyyətlilər tərəfindən "Telegram"a göndərilən çağırışlar və orderlər mesencerin istifadə edilməyən elektron poçt ünvanında baxılmamış qalırmış.

Bu barədə "The Wall Street Journal" (WSJ) platformanın yaradıcısı Pavel Durova yaxın mənbəyə istinadən məlumat verib.

Mənbə təsdiqləyib ki, "Telegram" bir neçə il ərzində hakimiyyət orqanlarının sorğularına praktiki olaraq məhəl qoymayıb.

Xatırladaq ki, Fransa hakimiyyəti platformanın təsisçisi Pavel Durovu "Telegram"ın fəaliyyətinə dair məsələlərlə bağlı istintaqla əməkdaşlıq etməməkdə ittiham edib. Paris prokuroru Lor Bekkuonun qeyd etdiyi kimi, mesencer, ümumiyyətlə, məhkəmə sorğularına reaksiya verməyib.

Pavel Durova qarşı uşaq pornoqrafiyasının yayılması və narkotik maddələrin satışında iştirak, həmçinin mütəşəkkil dəstənin tərkibində dələduzluq maddələri üzrə ittiham irəli sürülüb.

Ona Fransanı tərk etmək qadağa edilib, 5 milyon avro məbləğində girov ödəməsi və həftədə iki dəfə polis idarəsinə gəlməsi tələb olunub.

Digər xəbərlər
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ
09:32 Azərbaycana keçdiyi bildirilən 2 ermənidən xəbər var
09:29 "Youtube"da nasazlıq yarandı
09:27 Bakı bulvarında sakinləri narahat edən kəskin qoxunun səbəbi bilindi
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?