hemle

Daha bir ölkə "Telegram"a qarşı mövqeyini sərtləşdirir

Tarix:28-08-2024, 09:24
Baxış Sayı:529

Cənubi Koreya "Telegram"a qarşı mövqeyini sərtləşdirməyə qərar verib.

Bu barədə "Reuters" məlumat yayıb.

Qeyd olunur ki, respublika Prezidenti Yun Sok-Yel cinsi xarakterli cinayətlərin daha hərtərəfli araşdırılmasına çağırıb. Dövlət başçısı mediada "Telegram"da koreyalı qadınların iştirakı ilə açıq-saçıq foto və videolara rast gəlinməsi barədə yazılan xəbərlərə belə münasibət bildirib:

"Bu, anonimliyin qorunmasına əsaslanan texnologiyanın istismarıdır. Bu, açıq-aydın cinayətdir" ,- Yun Sok-Yel bildirib.

Agentlik vurğulayıb ki, Koreya Rabitə Standartları Komissiyası çərşənbə günü cinsi istismarlarla mübarizə üçün iclas keçirməyi planlaşdırır.

Qeyd edək ki, Hindistan siyasətçiləri də mesencer üzərində nəzarəti gücləndirməyə çağırırlar. Tətbiq qəsb və qumar kimi cinayət fəaliyyətləri ilə əlaqəli olduğu üçün bloklana bilər.

Xatırladaq ki, "Telegram"ın yaradıcısı Pavel Durov avqustun 24-də Paris hava limanında saxlanılıb. Fransa polisinin məlumatına görə, o, mesencer vasitəsilə həyata keçirilən qanunsuz hərəkətlərin ortağıdır. Fransada iş adamını 20 ilə qədər həbs gözləyir.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir