hemle

Saxlanılan şəxs özünü polis idarəsinin pəncərəsindən atdı

Tarix:27-08-2024, 14:06
Baxış Sayı:396



Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində pornoqrafik material yaymaqda şübhəli bilinən şəxs özünü polis idarəsinin üçüncü mərtəbəsinin pəncərəsindən atıb.

Bu barədə Dağıstanın İctimai Monitorinq Komissiyasının sədri Şamil Xadulayev məlumat verib.

Xadulayev özünün “Teleqram” kanalında pornoqrafik materialları, o cümlədən yetkinlik yaşına çatmayanların iştirak etdiyi materialları yaymaqda şübhəli bilinən şəxsin axşam saatlarında Mahaçqalada polis idarəsinin üçüncü mərtəbəsinin pəncərəsindən özünü atması barədə məlumat təqdim edib.

İctimai Monitorinq Komissiyasının sədri onu da bildirib ki, polis əməkdaşlarının dediyinə görə, müstəntiqin kişini tutması sayəsində o, hasara deyil, yumşaq yerə düşüb. Bu səbəbdən də saxlanılan şəxsin səhhəti normal qiymətləndirilir.

Digər xəbərlər
21:45 Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı qaydalar dəyişdi
21:40 İnsan bədənində yeni xərçəng "PROVOKATOR"U TAPILDI
17:04 "ChatGPT"dən yeni alış-veriş funksiyası - "Google"a rəqabət artır
17:01 Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs: Erməni silahlı dəstələrinin hücumu zamanı 14 hərbçi yoldaşım şəhid oldu
16:55 Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
16:51 Sabah 21° isti olacaq
16:48 Nəzarətdən çıxır: ABŞ-da yeni təhlükəli pandemiya barədə xəbərdarlıq edildi
16:44 Vətəndaşların nəzərinə: Bu halda 960 manat müavinət ala bilərsiniz