hemle

Azərbaycanda OLAY: Qonşusunun evinə girib, özünü pəncərədən atdı

Tarix:18-06-2022, 15:53
Baxış Sayı:147

Ötən gün Mingəçevir şəhərinin Nəriman Nərimanov küçəsi 15 ünvanında 1995-ci il təvəllüdlü İbişsoy Rüfanə Elxan qızı 5 mərtəbəli binanın 4-cü mərtəbəsindən yerə yıxılıb. Sağ baldır nayihəsindən açıq və qapalı travma alan qadın dərhal xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti stabildir.

Rüfanə İbişsoy özünün kirayədə yaşadığı mənzilin pəncərəsindən deyil, qapı qonşusu Xanım Qasımovanın pəncərəsindən yıxılıb. Ev sahibinin sözlərinə görə, hadisə zamanı ailə üzvləri həyətdə, qapıları isə bağlı olub.

X.Qasımova evə qalxan zaman açar qapını açmayıb. Elə bu zaman 27 yaşlı qadın özünü pəncərədən yerə atıb. Qadının digər qonşusu da bir müddət öncə açarının və bank kartının müəmmalı şəkildə itdiyini deyib. O zaman marketlərdən birində kartındakı hesabdan alış-veriş edilib və bu barədə polisə də məlumat verilib. Hadisənin baş verdiyi mənzilin sahibi X.Qasımova isə müxtəlif vaxtlarda evindən 3 min manat dəyərində qızıl və nağd pulun oğurlandığını bildirib.

Bir uşaq anası olan Rüfanə İbişsoyla zərərçəkənlər arasında yaxın qonşuluq münasibəti olduğundan ondan şübhələnməyiblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov "Unikal"a bildirib ki, həmin faktla bağlı hazırda Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır. Qadının hansı məqsədlə qonşusuna məxsus mənzilə icazəsiz daxil olması aparılan araşdırmalardan sonra məlum olacaq və nəticədən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

"Unikal"

Digər xəbərlər
12:47 Pensiya təyin edilməyibsə, hara müraciət edilməlidir? – CAVAB
12:43 Londondakı mühüm görüş dalana dirəndi: Zelenskinin bu açıqlamasına görə
12:39 Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər
12:29 Azərbaycan və Çin arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş imzalanıb
12:26 İlham Əliyevin Si Cinpin ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ
12:23 Azərbaycanla Çin arasında viza rejimi ləğv edildi
12:20 Baş nazir kimlərin maaşını və neçə faiz artırdı?
12:18 Prezidentlər Birgə Bəyanat imzaladılar