hemle

Seçkiqabağı təşviqat prosesi başa çatır

Tarix:26-08-2024, 13:14
Baxış Sayı:455



Bu həftə sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılması prosesi başa çatır.

Mərkəzi Seçki Komissiyasının "Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.

Seçki Məcəlləsinə əsasən, təşviqatın aparılmasını qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri həyata keçirə bilərlər.

Qanunvericiliyə görə, təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Parlament seçkiləri ilə əlaqədar Təqvim Planında bu müddət 2024-cü il avqustun 9-dan, avqustun 31-i saat 08:00-a qədər nəzərdə tutulub.

Beləliklə, avqustun 31-i saat 08:00-da seçkiqabağı təşviqat kampaniyası dayandırılacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ