hemle

Seçkiqabağı təşviqat kampaniyasına start verilir

Tarix:5-08-2024, 16:30
Baxış Sayı:649

Seçkiqabağı təşviqat kampaniyasına start verilir
Bu həftədən etibarən növbədənkənar parlament seçkisi ilə bağlı seçkiqabağı təşviqat kampaniyasına start veriləcək.

Bu məlumat Mərkəzi Seçki Komissiyasının (MSK) "Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.

Seçkiqabağı təşviqatın aparılması qeydə alınan namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilən şəxslər, habelə namizədi qeydə alınan siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilən şəxslər tərəfindən həyata keçirilə bilər.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Növbədənkənar parlament seçkisi ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına avqustun 9-dan başlanılacaq və proses avqustun 31-i saat 08:00-a kimi davam edəcək.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ