hemle

Deputatlığa namizədliyin qeydiyyatı üçün sənədlərin təqdim edilməsi müddəti başa çatır

Tarix:2-08-2024, 13:30
Baxış Sayı:694

Deputatlığa namizədliyin qeydiyyatı üçün sənədlərin təqdim edilməsi müddəti başa çatır
Bu gün deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsi prosesi başa çatır.
Bu, Mərkəzi Seçki Komissiyasının (MSK) "Milli Məclisə növbədənkənar seçkinin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.

Sənəddə qeyd edilib ki, prosesə iyulun 13-dən başlanılıb və avqustun 2-də saat 18:00-dək davam edəcək.

Seçki Məcəlləsinə əsasən, irəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir:

1. irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri;

2. seçici imzaları toplanmasının yekunu haqqında MSK-nın müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun iki nüsxəsi;

3. məcəllənin 53.3-cü və 54.8-ci maddələrinə uyğun olaraq namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildiriş;

4. namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat;

5. mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat;

6. namizədin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilməklə).

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçki təyin edilib.

Digər xəbərlər
18:20 Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı
18:19 Bu şəxslər dəmir yolundan da pulsuz istifadə edəcək
18:18 Bu şəxslər Azərbaycana buraxılmır
18:18 COP29 Çağrı Mərkəzi fəaliyyətə başladı
14:50 Ermənistan Azərbaycanla şərti sərhəddə "səlibçi" bayraqlarını endirdi
14:48 “Axmaqlar tərəfindən idarə olunan axmaqlar ölkəsi” - Trampdan qalmaqallı açıqlama
13:20 Aİ Rusiya ilə müharibəyə hazırlaşır: sakinlərə qida və su ehtiyatı yığmaq tapşırıldı
13:18 2024-cü ildə Azərbaycanda bələdiyyə seçkiləri keçirilməyəcək