hemle

Avropa İttifaqından Afrika hesabatı: Ən sürətlə böyüyən Türkiyədir, Fransa isə...

Tarix:21-08-2024, 14:26
Baxış Sayı:1




Avropa İttifaqının hesabatına görə, Türkiyə qitənin müdafiə bazarında ən sürətlə böyüyən ölkədir. Rusiya hələ də 40 faizlik payla qitənin ən böyük silah ixracatçısıdır. Qitədə gücünü ən tez itirən ölkə isə Fransadır.

Hesabatda göstərilir ki, müdafiə sektorunda dominantlıq hələ də Rusiyanın əlindədir, lakin Çin son illərdə bütün qitədə Moskvaya meydan oxuyur.

Afrika ölkələri keçən il müdafiə xərclərinə 51,6 milyard dollar xərcləyib. Bu rəqəm qlobal müdafiə büdcəsinin 2,1 faizini təşkil etsə də, Aİ hesabatları bütün qitədə silah idxalına tələbatın orta və uzunmüddətli perspektivdə sürətlə artacağını proqnozlaşdırır. Aİ hesabatlarına görə, 2018-2022-ci illər arasında qitə boyu silah bazarı əhəmiyyətli dərəcədə azalsa da, Türkiyə də daxil olmaqla Avropa ölkələrinin payı artıb. Bu müddət ərzində Avropa ölkələrinin Afrika ölkələrinə silah və müdafiə idxalı 47 faiz artıb. Silah idxalının ən çox azaldığı ölkələr 77 faizlə Əlcəzair və Mərakeş olub.

Rusiyanın qitədəki silah ticarətindən 2 milyard dollardan çox gəlir əldə etdiyi bildirilir. Rusiya ən böyük gəlirini “Su-24” “Su-30” “Miq-29” döyüş təyyarələri və “S-300” hava hücumundan müdafiə sistemlərinin satışından əldə edib. Lakin məlumatlara görə, bu nisbət qitənin orta və cənubunda yerləşən Qərb ölkələrinin xeyrinə dəyişir. Saharadan cənubda yerləşən Afrika ölkələrində Rusiyanın silah bazarındakı payı cəmi 24 faizdir. Moskvanın silah satışı əsasən dövlətə məxsus "Rosoboron" şirkəti tərəfindən həyata keçirilir.

Aİ hesabatları ABŞ-ın qitədəki silah satışlarının əhəmiyyətli hissəsinin "gizli" şəkildə həyata keçirildiyini iddia edir. Digər ölkələrdən fərqli olaraq ABŞ-ın silah ticarəti özəl sektor tərəfindən həyata keçirilir. Aparıcı şirkətlər “Lockheed Martin”, “Boeing”, “Raytheon”, “Northrop Grumman”, “General Dynamics”dir. ABŞ silahları daha çox Misir, Mərakeş, Tunis, Nigeriya və Nigerə satır.

Hesabatlarda təəccüb doğuran digər bir məlumat isə odur ki, keçmiş Fransa koloniyaları tez bir zamanda fransız silahlarından əl çəkərək Çin və Türkiyəyə üz tuturlar. 2023-cü ildə 282 milyard dollar həcmində qitənin ən böyük ticarət tərəfdaşı olan Çinin silah satışı da son üç ildə üç dəfə artıb. Məlumatlara görə, Afrikanın 10 ölkəsindən 7-si Çin silahları ilə təchiz olunub.

Aİ hesabatlarında yer alan məlumatlara görə, Türkiyə qitənin ən sürətlə yüksələn silah ixracatçısıdır. Məlumata görə, Türkiyənin 2020-ci ildə qitədəki müdafiə həcmi 83 milyon dollar səviyyəsində olduğu halda, 2021-ci ildə bu rəqəm 460 milyon dollara yüksəlib. Türkiyənin qitədəki silah ixracatında ən böyük tələbat zirehli döyüş maşınları və “Bayraktar TB2”dir.

Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan