hemle

Stresi aradan qaldırmaq üçün rasionu dəyişmək lazımdır

Tarix:21-08-2024, 08:17
Baxış Sayı:0




Narahatlıq və həyəcanın öhdəsindən gəlmək üçün dərhal dərman almağa ehtiyac yoxdur, rasionunuzu tənzimləməyə başlaya bilərsiniz.

Bu barədə rusiyalı psixoterapevt, tibb elmləri namizədi, Federal Qidalanma və Biotexnologiya Araşdırma Mərkəzinin klinik qidalanma klinikasının diaqnostika şöbəsinin həkimi Oleq Qladışev hansı qidaların insanları sakitləşdirməyə və stresi aradan qaldırmağa kömək etdiyi barədə danışıb.

Mütəxəssisin fikrincə, şokolad kimi sürətli karbohidratlar stresin dərhal qarşısını almağa kömək edir:

"İdeal olaraq, tərkibində 70% kakao olan tünd şokoladı seçin. Ümumiyyətlə, rasion elə qurulmalıdır ki, tərkibində həmişə stres və narahatlığın qarşısını almağa kömək edən qidalar olsun. Bundan ötrü gündəlik menyuya ət daxil edilməlidir. O, yavaş-yavaş həzm olunur və enerjini tədricən buraxır".

"Qarabaşaq və yulaf yarması da pis əhvali-ruhiyyəni aradan qaldırmağa kömək edir. Onların tərkibində əhvali-ruhiyyəni yaxşılaşdıran sevinc hormonu olan serotoninin sələfi olan triptofan var. Bundan əlavə, süd məhsullarını da unutmayıb. Onlar bağırsaq mikroflorasına faydalı təsir göstərir və immunitet sistemini gücləndirirlər", - deyə Qladışev fikrini tamamlayıb.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir