hemle

Türkiyə bir il ərzində yeni konstitusiyanın hazırlanmasını başa çatdırmaq niyyətindədir

Tarix:20-08-2024, 07:58
Baxış Sayı:1




Artıq 2025-ci ilin payız sessiyasında parlamentin müzakirəsinə təqdim edilməsi üçün Türkiyənin yeni konstitusiyasının hazırlanması və qəbulu ilə bağlı danışıqların bir il ərzində başa çatdırılması planlaşdırılır.

Bu barədə Türkiyə parlamentin spikeri Numan Kurtulmuşun yaydığı məlumat xəbər verir.

"Bizim planımız bir il ərzində, yəni 2024-cü ilin oktyabrından 2025-ci ilin oktyabrına qədər yeni konstitusiya ilə bağlı danışıqları başa çatdırmaq və yeni qanunvericilik ilində onun qəbulu ilə bağlı işlərə başlamaqdır", - deyə Kurtulmuş bildirib.

"28-ci çağırış parlamentin əsas vəzifələrindən biri müasir, demokratik, əhatəli və hərtərəfli konstitusiya hazırlamaqdır. Mən parlamentimizdə yeni konstitusiya qəbul etmək istəyini görürəm və ümid edirəm ki, bu həyata keçiriləcək", - deyə spiker əlavə edib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir