hemle

Şəmkirdə “KaMaz” avtomobillə toqquşub, iki nəfər ölüb - YENİLƏNİB

Tarix:18-08-2024, 09:30
Baxış Sayı:590

Şəmkirdə “KaMaz” avtomobillə toqquşub, iki nəfər ölüb - YENİLƏNİB
Şəmkirdə baş verən ağır yol qəzasının təfərrüatı məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu bildirilib ki, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonundan keçən hissəsində 2000-ci il təvəllüdlü K. Cəfərlinin idarə etdiyi “KaMaz” markalı yük avtomobili 1986-cı il təvəllüdlü Şamo Qafarovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində “VAZ-2106”da olan sürücü və sərnişinlərdən biri ölüb, digər sərnişin, 1978-ci il təvəllüdlü, Ağstafa rayon sakini Qorxmaz Şirinov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hazırda digər ölən şəxsin kimliyi müəyyənləşdirilir.

Şəmkir rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Bakı-Qazax magistral yolunun Şəmkir rayonundan keçən hissəsində avtomobil idarəetmədən çıxaraq digər nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində iki nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib.

Onların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
18:29 "Azəriqaz" İB-nin baş direktoru İsmayıllı rayonunda 50-yə yaxın vətəndaşı qəbul edib
18:27 "Azəriqaz" İB ötən gündən gücləndirilmiş iş rejiminə keçib
17:15 "Azəriqaz" İB ötən gündən gücləndirilmiş iş rejiminə keçib
15:09 Bu gün avtobuslar bu saata qədər işləyəcək - XƏBƏRDARLIQ
15:06 Qazlar kəsiləcək? - Rəsmi AÇIQLAMA
15:04 Sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun - Buzlu yollarla əlaqədar piyadalara TÖVSİYƏLƏR
14:53 Yol polisi piyadalara müraciət etdi
14:49 Avtobusların hərəkətində gecikmələr var - AYNA