hemle

AFFA "Neftçi" və "Sumqayıt" klublarını cəzalandırıb

Tarix:8-08-2024, 17:30
Baxış Sayı:690

AFFA "Neftçi" və "Sumqayıt" klublarını cəzalandırıb
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Yığıncaqda Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünün I turunda baş verənlər müzakirə olunub.

Komitə mövsümün ilk cəzaları ilə bağlı qərar verib.

"Neftçi" - "Turan Tovuz" matçında meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Bakı klubu 1500 manat cərimələnib.

"Sumqayıt" - "Kəpəz" görüşündə PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə meydan sahibləri 500 manat cərimə ediliblər. Bu qarşılaşmada oyun günü planı pozulduğuna görə "Sumqayıt" 1000 manat əlavə xərcə düşüb.

Qeyd edək ki, ilk turun oyunları avqustun 2-4-də keçirilib.

Digər xəbərlər
15:56 Məktəbli formaları ilə bağlı YENİLİK
15:53 Bu tarixdə qısa iş günü olacaq
15:45 "Azpulmat" - sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
15:43 Sabah leysan yağacaq, güclü külək əsəcək
15:39 Ukrayna Rusiyanın strateji bazalarını bu məqsədlə vurub: Moskvanın cavabı necə olacaq?
15:36 Adı gizli saxlanılır: İranın Azərbaycana təyin etdiyi yeni səfir kimdir?
15:33 İçərişəhərlə bağlı yeni məhdudiyyət
15:31 İlham Əliyev Pakistanın energetika nazirini qəbul etdi - YENİLƏNDİ