hemle

Yunus Demirer: "Fr2" telekanalının Azərbaycana qarşı təxribatı ədalətsiz siyasətlə əlaqədardır"

Tarix:30-07-2024, 17:30
Baxış Sayı:655

Yunus Demirer: "Fr2" telekanalının Azərbaycana qarşı təxribatı ədalətsiz siyasətlə əlaqədardır"
"Fransanın "Fr2" telekanalının aparıcısının Azərbaycana qarşı təxribat xarakterli kəlmələr işlətməsi mənfi niyyət daşıyır və ədalətsiz siyasətlə əlaqədardır".

Bunu "Report"un Fransa bürosuna açıqlamasında Türkiyənin Fransadakı səfiri Yunus Demirer Olimpiya Oyunlarının açılış mərasimini yayımlayan Fransanın "Fr2" telekanalının efirində azərbaycanlı və erməni idmançıların keçidi zamanı aparıcı tərəfindən təxribatçı ifadələrin işlədilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Fransa Azərbaycana münasibətlərində ədalətsiz mövqedən çıxış edir.

"Bundan öncə iki ölkə arasındakı münasibətlər yüksək səviyyədə olub. Bu gün bu münasibətlərdəki problem Fransanın Ermənistanı ədalətsiz şəkildə dəstəkləməsindən irəli gəlir. Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır. Azərbaycan torpaqlarını təkbaşına işğaldan azad etdi. Fransa ədalətli mövqe tutmağı bacarsa, iki ölkə arasındakı münasibətlər yoluna düşəcək", - səfir qeyd edib.

O, Fransanın "Fr2" telekanalının efirində Azərbaycanın əleyhinə səslənən təxribat xarakterli kəlmələri Azərbaycana qarşı olan bu ədalətsiz siyasətlə əlaqələndirib:

"Olimpiya Oyunlarının açılışı zamanı eşitdiyimiz təxribatçı ifadələr təsadüf deyil. Olimpiya Oyunları ölkələr arasında səmimiyyət, gözəl münasibətlər, dostluq və qardaşlığa töhfə verən bir hadisədir. Açılış mərasimində məhz azərbaycanlı və erməni idmançıların keçidi zamanı aparıcının təxribat xarakterli kəlmələr işlətməsi mənfi niyyət daşıyır və ədalətsiz siyasətlə əlaqədardır".

Digər xəbərlər
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
14:00 Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
13:53 Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?