hemle

Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib

Tarix:27-07-2024, 09:00
Baxış Sayı:444

Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
Fransanın paytaxtı Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib.

Tədbir tarixdə ilk dəfə stadiondan kənarda - Sena çayının ətrafında baş tutub.

Sena çayı boyunca 6 kilometrlik marşrutda 12 bədii səhnə, Fransanın irsi, Paris, şəhərin abidələri və marşrut boyunca körpüləri nümayiş etdirilib.

Bundan başqa, 10 500 idmançı Parisin mərkəzindən qayıqlarla Sena çayı boyunca üzüb. Yekunda Selin Dionun ifasında Edit Piafın "Sevgidə himn" mahnısının müşayiəti ilə Teddi Riner və Mari-Jo Perak tərəfindən Olimpiya mənşəli yandırılıb.

Açılış mərasimindəki paradda Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyıblar.

Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Digər xəbərlər
10:56 Dövlət qeydiyyatına alınan dərmanlarla bağlı dəyişiklik
10:51 Azərbaycan və Ermənistan nümayəndələri görüşdü
10:11 Laçında möhtəşəm atəşfəşanlıq
10:07 Sabirabadda FACİƏ - Bir ailə yanaraq məhv oldu (YENİLƏNDİ)
09:59 "Telegram"da çoxdan gözlənilən YENİLİKLƏR
09:56 Robotlar üçün özünü bərpa edən əzələlər yaradıldı
09:51 Bu il Bakıdan İrəvana və əks istiqamətə bu qədər uçuş olub: Kimlər gəlib-gedib?
22:11 Qəbələ qibləyə döndü şanından…