Avqustun 6-8-də İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Gəncə şəhərində “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək.
Yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Gəncə və ətraf bölgələrdən olan KOB subyektləri iyulun 31-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Gəncə” qeyd olunmalıdır).
Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur.
“KOB FEST” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını genişləndirməkdir. Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunacaqdır.
Qeyd edək ki, 2024-cü il ərzində artıq Göygöl və Şəki şəhərlərində “KOB FEST” sərgi-satış yarmarkaları təşkil olunub. Bu yarmarkalarda 170-dən çox KOB subyektinin məhsul və xidmətləri təqdim edilib və satışı həyata keçirilib.